...

Sabah geomaqnit qasırğası gözlənilir

Dünya xəbərləri Materials 7 Avqust 2025 07:57 (UTC +04:00)
Sabah geomaqnit qasırğası gözlənilir

Bakı. Trend:

Günəşdə ötən günlərdə baş vermiş güclü partlayışlar cümə günü Yerə təsir etməyə başlayacaq. Bu, uzunmüddətli geomaqnit qasırğasına səbəb ola bilər.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Telegram" kanalında məlumat verilib.

Qeyd edilir ki, Yer orbitinə yaxın günəş küləyinin sürəti hazırda təqribən 400 km/s təşkil edir, cümə-şənbə gününə qədər isə 600-700 km/s-ə qədər artacaq.

Xəbər lenti

Xəbər lenti