Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian Əli Əkbər Əhmədianı prezidentin xüsusi nümayəndəsi və İranın Milli və Strateji Layihələrin İnkişafı Qərargahının rəhbəri təyin edib.
Bu barədə Trend İran Prezidentinin informasiya portalına istinadən məlumat verib.
Məlumata görə, Əli Əkbər Əhmədian xarici ölkələrdə yaşayan iranlılar, yerli və xarici investorların İranda iştirakı qarşısında duran maneələrin aradan qaldırılması və ölkənin inkişafı istiqamətində mümkün ictimai imkanlardan istifadə edə biləcək.
Qeyd edək ki, 5 avqustda İran prezidenti Əli Əkbər Əhmədianı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə İranın Ali Liderinin müşaviri Əli Laricani təyin olunub.
