Bakı. Trend:
İspaniya ABŞ istehsalı olan F-35 qırıcılarını almaqla bağlı planlarından imtina edib.
Trend xəbər verir ki, bu barədə “El Pais” hökumətdən olan mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İspaniya hökuməti hələ 2023-cü ildə yeni qırıcıların alınması üçün büdcədən 6,25 milyard avro ayırmışdı.
Lakin İspaniya hökuməti əlavə 10,5 milyard avro məbləğdə vəsaitin böyük hissəsini 2025-ci ildə Avropada müdafiəyə xərclədiyindən, yeni qırıcıların alınması artıq mümkünsüz olub.
F-35 Lightning II — ABŞ-nin Lockheed Martin korporasiyası tərəfindən hazırlanmış, aşağı radiolokasiya görünürlüğünə malik çoxfunksiyalı beşinci nəsil qırıcıdır O, üç variantda istehsal olunur: F-35A, F-35B və F-35C.