...

Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 7 Avqust 2025 06:00 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Bakıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, M.Seyidov küçəsində yeni çəkilmiş qaz kəmərinin şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Yasamal rayonunun M.Seyidov, A.Abbasov, A.M.Şərifzadə və H.Zərdabi küçələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti