...

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib

Cəmiyyət Materials 6 Avqust 2025 14:07 (UTC +04:00)
Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydalar mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları (bundan sonra – dövlət qurumu) tərəfindən informasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə elektron xidmətlərin təşkili, digər dövlət qurumlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə elektron xidmət göstərilməsi ilə bağlı məsələləri tənzimləyəcək.

Bu Qaydalar elektron xidmətlərin göstərilməsində iştirak edən digər qurumlara da həmin xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətlərinə münasibətdə şamil ediləcək.

Elektron xidmət üzrə ödənişin həyata keçirilməsi imkanı xidmət göstərilməsinin gedişatı zamanı real vaxt rejimində və elektron formada (ödəniş xidməti təchizatçıları vasitəsilə) təminatçı tərəfindən təmin ediləcək.

Qərarla daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti