...

İyulda 118 nəfər zəhərlənib, ölənlər olub

Cəmiyyət Materials 6 Avqust 2025 10:24 (UTC +04:00)
İyulda 118 nəfər zəhərlənib, ölənlər olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti