Bakı. Trend:
8 avqustda son iki ayın ən güclü maqnit qasırğası gözlənilir.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və Sibir bölməsinin Günəş Yer fizikası institutu məlumat yayıb.
“Son hesablamalara əsasən, 5 avqust tarixində baş vermiş M4.4 səviyyəli güclü günəş alışmasından sonra atılan plazma kütləsinin Yerə çatma anı əvvəlki proqnozlarla müqayisədə daha güclü geomaqnit təsirlərə səbəb olacaq. Modellər göstərir ki, planetə yüksək sürətli plazma buludunun nüvəsi çata bilər və bu, Yer maqnit sahəsinə gözləniləndən daha güclü zərbə vuracaq”, – deyə məlumatda bildirilir.
Plazma axınının Yerə çatması 8 avqust Bakı vaxtı ilə saat 07:00-da vaxtı gözlənilir. Lakin geomaqnit vəziyyətin pisləşməsi artıq cümə axşamından cümə gününə keçən gecə başlaya bilər. Çünki həmin vaxt Yer daha bir iri tac dəliyinin təsir zonasına daxil olacaq.