Bakı. Trend:
2025-ci ilin yanvar-iyul ayları ərzində 55 957 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 26 289 nəfər qız, 29 668 nəfər oğlan uşağına görə aparılıb.