Bakı. Trend:
"Qalatasaray" Alvaro Moratanın "Komo"ya transferinə yaşıl işıq yandırıb.
Trend xəbər verir ki, yayda "Milan"dan icarəyə götürülən ispaniyalı hücumçunun istanbullularla daha bir il müqaviləsi olub.
"Komo" 3 milyon avro "Qalatasaray"a, 12 milyon avro isə "Milan"a ödəniş edəcək.
Qeyd edək ki, Morata İstanbul klubunda 12 oyunda 6 dəfə fərqlənib.