...

Atasının qətlini sifariş verən şəxsə hökm oxundu

Cəmiyyət Materials 6 Avqust 2025 17:54 (UTC +04:00)
Atasının qətlini sifariş verən şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fəqan Fərəcov, onunla birgə mühakimə olunan, tanışları İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fəqan Fərəcov 8 il,İlkin Hüseynov 8 il,Fariz İsmayılov 8 il azadlıqdan məhrum edilib.

Bildirək ki, Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti