Bakı. Trend:
Türkiyənin 31 vilayətində dələduzluqla məşğul olan şəbəkələrə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə DİN rəhbəri Əli Yerlikaya öz “X” səhifəsində məlumat bölüşüb.
Əməliyyatın gedişində 102 nəfər həbs olunub. Onların bank hesablarında ümumilikdə 107 milyon TL həcmində maliyyə əməliyyatları aparıldığı müəyyən edilib.
Məlumata görə, şübhəlilər özlərini dövlət qulluqçusu, vəkil, bank işçisi və ya barışdırıcı şəxs kimi təqdim edərək, telefon lotereyaları və iş vədi ilə, sosial şəbəkə və tanışlıq tətbiqləri vasitəsilə əlaqə quraraq insanlara yüksək qiymətlər tətbiq etməklə, vətəndaşlarla yaxın münasibət yaradıb sonradan onları şantaj etməklə, saxta internet saytları üzərindən elektron cihazlar və torpaq sahələrinin satışını vəd etməklə insanları aldatdıqları, onlardan iri məbləğlərdə pullar aldığı müəyyən edilib.