...

Aİ-nin qaz təchizatında heç bir problemi yoxdur - Avropa Komissiyası

Energetika Materials 7 Yanvar 2025 22:32 (UTC +04:00)
Aİ-nin qaz təchizatında heç bir problemi yoxdur - Avropa Komissiyası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı qaz təchizatı və anbarlardakı ehtiyatlarla bağlı problem yaşamır.

Trend-in məlumatına görə. bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə 31 dekabr 2024-cü ildə Ukraynanın Rusiya qazının Aİ-yə tranzitinin dayandırılması ilə bağlı sualları cavablandırarkən deyib.

"Mən bunu artıq demişəm və bir daha təkrar edirəm: üzv dövlətlərin qaz təchizatında heç bir problem yoxdur", - deyə mətbuat katibi bildirib.

İtkonen təsdiqləyib ki, hazırda Avropa anbarlarında qaz ehtiyatlarının səviyyəsi 70 faiz təşkil edir. Bu, 2024-cü ilin eyni dövründən aşağıdır, lakin 2022-ci ilə qədər orta ehtiyat səviyyələrindən yüksəkdir. AK nümayəndəsi ötən illə fərqi xüsusilə qaza tələbatın artması ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti