Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinə bilavasitə bitişik taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 10 kv.m. sahədə taxta tullantıları yanıb. Fərdi yaşayış evi yanğından mühafizə olunub.