Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin zirzəmisində 60 m² sahədə ev əşyaları və zirzəminin tavanı 12 m² sahədə yanıb.
Otaqlar yanğından mühafizə olunub.