Bakı. Trend:
Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Trend xəbər verir ki, hadisə saat 21:30 radələrində baş verib.
Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar "Nərimanov" stansiyasından elektrik deposuna yola salınıb.
Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.
İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb.
Aidiyyəti üzrə müvafiq araşdırmalar davam etdirilir.