Bakı. Trend:
Türkiyə Suriyada PKK/YPG terror təşkilatına qarşı hərbi əməliyyat keçirə bilər.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
O qeyd edib ki, Türkiyə xarici terrorçuların Suriyanı tərk etməsi, təşkilat rəhbərlərinin getməsi, qalan üzvlərin isə silahı yerə qoyaraq Suriyanın yeni administrasiyası ilə əməkdaşlıq etməsi ilə bağlı açıq tələblər irəli sürüb.
Onun sözlərinə görə, Dəməşq onlarla artıq danışıqlar aparır və nəticələr əldə olunmasa, hərbi əməliyyat legitim variant olacaq.