...

Gələn ildən Rusiyada bakalavr pilləsi ləğv olunur

Dünya xəbərləri Materials 7 Yanvar 2025 15:12 (UTC +04:00)
Gələn ildən Rusiyada bakalavr pilləsi ləğv olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Trend. Bakı

Rusiyada ali təhsilin bakalavriat pilləsi ləğv olunur. Belə ki, 2026-cu ildə sentyabrın 1-dən etibarən Rusiyada ali təhsil ocaqları yeni təhsil sisteminə qədəm qoyacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV ölkənin Təhsil və Elm Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, həmin müddətə kimi qurum bütün lazımi normativ hüquqi aktları hazırlayacaq və təsdiq edəcək.

RF Təhsil və Elm Nazirliyindən onu da qeyd ediblər ki, hazırda mövcud təhsil proqramları (ixtisaslar) üzrə təhsil olan tələbələr hazırkı sistemlə məzun olacaqlar və dəyişiklik onlara şamil olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti