...

Azərbaycanda yeni rüsumlar təsdiqləndi

Siyasət Materials 7 Yanvar 2025 16:03 (UTC +04:00)
Azərbaycanda yeni rüsumlar təsdiqləndi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Arbitraj haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Trend xəbər verir ki, sənədə əsasən, arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 100 manat rüsum müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti