Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Çinə dağıdıcı zəlzələ ilə
bağlı başsağlığı verib.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım
edilib.
“Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir.
Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik”, - məlumatda deyilir.
Qeyd edək ki, Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) 6.8 ballıq zəlzələ olub. Zəlzələ nəticəsində 95 nəfər ölüb, azı 130 nəfər yaralanıb.