...

Suriya üzərindən Avropaya qaz tədarükü ilə bağlı məsələyə aydınlıq gəldi

Dünya xəbərləri Materials 7 Yanvar 2025 17:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya tədarükü ilə bağlı söhbətlər sadəcə spekulyasiyadır.

Trend xəbər verir ki, bunu Qətərin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Muhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, bəzi KİV-lərin yaydığı bu informasiyanı fərziyyələr kimi dəyərləndirmək lazımdır.

Böyük Britaniyada Rusiya qazının Ukrayna üzərindən tranzit nəqlinin dayandırılmasından sonra bu yanacaq növünün qiymətlərinin kəskin artacağından ehtiyat edirlər.

Bu arada Qətər də digər yandan Brüsselin ətraf mühiti çirkləndirən karbon qazı tullantıları və insan haqları ilə bağlı meyarları pozduğuna görə Qətər şirkətlərini cərimələməyə başlayacağı təqdirdə Avropaya təbii maye qaz tədarükünü dayandıracağı ilə hədələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti