Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 20,5 milyon ABŞ dolları dəyərində 48,2 ton kartof ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,6 milyon ABŞ dolları və ya 34%, həcm ifadəsində isə 22,9 ton və ya 32,2% azdır.
Dövr ərzində kartof ixracı ölkənin ümumi ixracının 0,08%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,66%-ni təşkil edib.