Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38, 2 min ton lak-boya məmulatları istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2,4 min ton və ya 6,8% çoxdur.
2024-cü ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 333,6 ton təşkil edib.
Xatırladaq ki, ötən ilin ilk 11 ayında Azərbaycanda 35,8 min ton lak-boya məmulatları istehsal olunmuşdu. 2023-cü ilin dekabrın 1-I vəziyyətinə isə ölkədə hazır məhsul ehtiyatı 224,9 ton təşkil etmişdi.