Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm
civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər
bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi
yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 1° şaxtadan 4° isti, gündüz 7-12° isti, dağlarda
gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.