Bakı. Trend:
ABŞ-nin Luiziana ştatında “quş qripi” adlandırılan H5N1 virusundan ilk ölüm halı qeydə alınıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Luiziana səhiyyə departamentinin mətbuat xidməti bəyanat yayıb.
“Luiziana səhiyyə departamenti ABŞ-də quş qripindən ilk ölüm halının qeydə alındığını diqqətə çatdırır. Pasiyent 65 yaşında olub. O evinin arxa həyətində vəhşi quşlarla təmasda olduqdan sonra H5N1 virusuna yoluxub”, - bəyanatda qeyd olunur.
Departamentdən qeyd edilib ki, bu ştatda ilk belə haldır və əhalinin yoluxma riski aşağı səviyədədir.