Bakı. Trend:
Yanvarın 7-də İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək
polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan,
vətənpərvərliyindən və peşəkarlığından danışb, onun gənc pilotlar
üçün örnək olduğunu qeyd edib.
Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi hər
zaman xalqımızın yaddaşında yaşayacaq, fəxrlə anılacaqdır.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.