Bakı. Trend:
Avtomobil sənayesinin avtomatik transmissiyalı elektrik nəqliyyat vasitələrinə keçidi mexaniki ötürməli avtomobillər üçün sürücülük vəsiqəsinin zəruriliyi məsələsini gündəmə gətirib.
Trend-in məlumatına görə, İsveçdə avtomatik transmissiyalı avtomobilləri idarə etmək üçün sürücülük vəsiqəsinə maraq son 10 ildə 600 faiz artıb. İsveç Nəqliyyat İdarəsi isə mexaniki ötürməli avtomobillərin imtahanlarda istifadəsi üçün uyğun modelləri tapmaqda çətinlik çəkir.
Hazırda bu xüsusiyyətlərə malik cəmi altı model mövcuddur və istehsalçılar mexaniki transmissiyalı avtomobillərin istehsalını tədricən dayandırır.
Sürücülük vəsiqələrinin taleyi isə Avropa İttifaqının gələcəkdə qəbul edəcəyi tənzimləmələrdən asılı olacaq. Bununla belə, artıq indi mexaniki avtomobillərə və müvafiq sürücülük vəsiqələrinə tələbatın azalması müşahidə olunur.