...

Səhiyyə Nazirliyindən bu şəxslərə metapnevmovirusla bağlı ÇAĞIRIŞ

Cəmiyyət Materials 7 Yanvar 2025 17:13 (UTC +04:00)
Səhiyyə Nazirliyindən bu şəxslərə metapnevmovirusla bağlı ÇAĞIRIŞ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Risk qrupuna daxil olan şəxslərdə qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilk gündən həkimə müraciət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, insan metapnevmovirusu yeni virus deyil. Bu virus illərdir ki, mövcuddur. Sadəcə olaraq soyuqla əlaqədar müxtəlif ölkələrdə vaxtaşırı olaraq müxtəlif səviyyəli xəstəliklər törədə bilər:

"Bu virus kəskin reseptor virus infeksiyalarından biridir və hazırda elmə bu cür 200-ə qədər virus məlumdur. İnfeksiyanın gedişi bir o qədər ağır deyil. İmmun sistemi normal olan insanlar bu xəstəliyi yüngül keçirir və qısa müddət ərzində sağalır.

Əgər virusa yoluxan şəxsin immun sistemində bir qüsur varsa və ya həmin şəxs infeksiyanın fəsadlaşmasının risk qrupuna daxildirsə, xəstəlik gedişatında xoşagəlməz fəsadlar ola bilər. Körpələr, uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar risk qrupuna daxil olan şəxslərdir.

Ona görə də risk qrupuna daxil olan şəxslər diqqətli olmalıdırlar. Onlarda qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilk gündən həkimə müracət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün. Sağlam əhali qrupunda isə bu viruslar heç bir problem törədən deyil və 7-10 gün ərzində fəsadsız ötüşür".

Həkim vurğulayıb ki, koronavirus pandemiyası dövründə əhaliyə tövsiyə edilən tədbirlər bu virus zamanı da keçərlidir və yoluxmanın qarşısının alınmasına səbəb ola bilər.

"Metapnevmovirus üçün xüsusi peyvənd hazırlanmayıb. Yalnız qripə qarşı peyvənd etdirməklə biz özümüzü qripdən qorumuş oluruq. Nəzərə almaq lazımdır ki, qrip infeksiyası ilə müqayisədə metapnevmovirus daha yüngül keçir və daha az fəsadlaşır.

Hava-damcı infeksiyaları üçün sərhəd yoxdur, yəni bu infeksiyalar ölkədən-ölkəyə, insandan-insana yayıla bilər. Hələ qış ayları qabaqdadır və bu dövrdə bu tip infeksiyanın Azərbaycana gələcəyi istisna olunmur. Lakin nəzərə alsaq ki, böyük əksəriyyətdə bu, yüngül keçir, ağırlaşma yaratmır, hesab edirəm ki, mətbuatda yaranmış ajiotajın heç bir elmi əsası yoxdur. Sadəcə olaraq insanlar bu dövrdə qeyd etdiyimiz qaydalara əməl etməklə virusdan qoruna bilərlər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti