Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində Şəhidlər Abidə Kompleksinin tikintisinə ayrılacaq vəsaitin həcmi məlum olub.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyəti (RİH) hazırlıq işlərini yekunlaşdırıb.
RİH sözügedən işlərin icrasını “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Beləliklə, müqaviləyə əsasən, rayon ərazisində Şəhidlər Abidə Kompleksinin tikintisi RİH-ə 683,1 min manata başa gələcək.
Qeyd edək ki, rayonda şəhidlərin xatirəsinə abidə kompleksini inşa edəcək “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 120 manat olan MMC-nin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur.