Bakı. Trend:
Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 20,9 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin dekabrın 1-i ilə müqayisədə 1,65 % çoxdur.
Qeyd edək ki, ölkədə pul bazası son 1 ildə 0,2% artıb.
Eyni zamanda bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları isə 10,9 milyard ABŞ dolları təşkil edib. Bu isə ötən ilin dekabrın 1-i ilə müqayisədə 0,1 % azdır.
AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 % azalıb.