Bakı. Trend:
Böyük Britaniyanın Linkolnşir və Leysterşir bölgələrində baş verən daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib.
Trend xəbər verir ki, Linkolnşir bölgəsindəki Edenham məktəbində yanğınsöndürmə xidmətinin tövsiyəsi ilə valideynlərə uşaqlarını götürmək qadağan edilib, çünki daşqın avtomobillərin hərəkətini mümkünsüz hala gətirib.
Leysterşir bölgəsində isə yanğın və xilasetmə xidməti 200-dən çox çağırış alıb və bu səbəbdən bölgədə fövqəladə vəziyyət elan olunub. Hazırda yanğınsöndürənlər daşqın sularında ilişib qalan avtomobilləri azad edib və 17 nəfəri xilas ediblər.
Hava proqnozlarına əsasən, Britaniyada daha çox yağış gözlənilir, bu isə vəziyyətin daha da pisləşməsi ehtimalını artırır.