Bakı. Trend:
Cənubi Koreya məhkəməsi yenidən ölkənin prezidenti Yun Sok Yol barədə həbs qətimkan tədbiri seçib.
Trend xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya qarşı İstintaq İdarəsi məlumat yayıb.
“Yanvarın 7-də nazirliyin şübhəli şəxs Yuna qarşı təkrar qaldırdığı vəsatət əsasında həbs orderi verilib”, - deyə nazirlikdən bildiriblər.
Günün əvvəlində idarənin nümayəndələri Seulun Qərb dair məhkəməsinə “həbs orderinin müddətinin uzadılması məqsədilə” vəsatət qaldırmışdı.
Xatırladaq ki, Cənubi koreyalı liderin həbsinə dair öncəki order dekabrın 31-də verilib, lakin müddət yanvarın 6-da bitsə də, bu vaxta qədər icra olunmayıb.