Bakı. Trend:
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Azərbaycana mebel ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq, 151 milyon 715 min 11 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 12 milyon 809 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 7 milyard 895 milyon 355 min dollara bərabər olub.
“2024-cü ilin dekabr ayında Türkiyə 709 milyon 537 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 7 milyard 895 milyon 355 min dollar məbləğində mebel ixrac edib.