...

Gürcüstan baş naziri Makronu yalanda ittiham etdi

Dünya xəbərləri Materials 7 Yanvar 2025 13:03 (UTC +04:00)
Gürcüstan baş naziri Makronu yalanda ittiham etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makronu yalan danışmaqda ittiham edib.

Trend xəbər verir ki, o, Fransa liderinin yanvarın 6-da verdiyi bəyanatı şərh edib.

“Qoy Fransa preizdenti məhv etmək üçün qurban verdikləri Ukraynaya nəzər salsın. Mən real problem barədə danışıram. Yalanı şərh edə bilməyəcəyəm. Mən bu gün hər kəsin qarşısında duran problemi şərh edirəm – bu Ukraynanın məhv edilməsidir”, - Kobaxidze jurnalistlərə verdiyi açıqlamada söyləyib.

Qeyd edək ki, Makron Rusiyanın öz qonşuları ilə münasibətlərdə “daha da aqressivləşdiyini” bildirmişdi və buna misal kimi Gürcüstanda 26 oktyabr 2024-cü ildə keçirilmiş parlament seçkilərini göstərmişdi. Fransalı liderin sözlərinə görə, Rusiya Gürcüstandakı seçki prosesini destabilləşdirməyə çalışıb.

Xatırladaq ki, Gürcüstanda parlament seçkilərin oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun hesablamalarına əsasən, hakim “Gürcüstan Arzusu - Demokratik Gürcüstan” partiyası 53.93% səslə qalib gəlin və qanunverici orqanda 150 mandatdan 89-nu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti