Bakı. Trend:
ABŞ-da H5N1 quş qripindən ilk insan ölümü baş verib.
Trend-in Luiziana Səhiyyə Departamentinə istinadən verdiyi məlumata görə, ölüm 65 yaşından yuxarı olan bir kişidə qeydə alınıb. Xəstə 13 dekabr 2024-cü ildə xəstəxanaya yerləşdirilib.
H5N1 quş qripi, 2022-ci ildən etibarən ABŞ-da çöl quşları və ev quşları arasında yayılmağa davam edir.
13 dekabr 2024-cü ilə qədər ölkədə 60 insanda virusun yoluxduğu təsdiqlənib, bu şəxslərin əksəriyyəti ev quşlarından və inəklərdən yoluxublar.