...

Suriya beynəlxalq hava reyslərini bərpa edib

Dünya xəbərləri Materials 7 Yanvar 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Trend. Bakı

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə olaraq Dəməşq hava limanı beynəlxalq hava reyslərini qəbul etməyə və göndərməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, "Syrian Airlines" aviaşirkətinin Dəməşq- Şarja (BƏƏ) hava reysi bu gün yerli vaxtla 11:45-də baş tutub və dekabrın 8-dən bəri aeroportun ilk beynəlxalq kommersiya reysinə çevrilib.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 8-də Əsəd rejimini dəstəkləyən qüvvələr Dəməşq hava limanını tərk edib. İlk daxili hava reysi isə Dəməşq-Hələb aviareysi olub və dekabrın 18-də baş tutub.

Həmin vaxtdan bəri paytaxtın hava limanına beynəlxalq humanitar yardım və xarici diplomatik nümayəndə heyətlərini daşıyan təyyarələr enməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti