Bakı. Trend:
“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarə əsasən, bu Qaydalar “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsinə əsasən hazırlanmışdır və mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin (bundan sonra - resipiyentlər) Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların (bundan sonra - qrantlar) reyestrinin (bundan sonra - Reyestr) aparılması ilə bağlı məsələləri tənzimləyir.
Reyestrin formalaşdırılması, aparılması, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, arxivləşdirilməsi və bu Qaydalarla tənzimlənməyən məsələlər “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə tənzimlənir.
Reyestrin formalaşdırılma məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrant layihələri barədə məlumatların bir mənbədə toplanılmasını və sistemliliyini təmin etmək, 2 hesabatlar hazırlamaq, eləcə də həmin məlumatların digər dövlət orqanları (qurumları) ilə mübadiləsinin səmərəliliyini artırmaqdır.