Bakı. Trend:
Corciya ştatının Doravil şəhərində yerləşən Honduras konsulluğunun dayanacağında baş verən atışma nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə şəhər polisinin məlumatına istinadən yerli Fox televiziyası məlumat yayıb.
Polis hadisə ilə əlaqəli şübhəli şəxsin saxlanıldığını və onun dindirildiyini bildirib. Yaralanan şəxs xəstəxanaya çatdırılıb, lakin vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.