Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 3,7 milyon ton sement istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% və ya 318 min ton çoxdur.
2024-cü ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 99,9 min ton təşkil edib.
Eyni zamanda, ötən ilin ilk 11 ayında ölkədə 27 min ton əhəng istehsal edilib ki, bu da 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən 15,4 min ton və ya 36,3% azdır.