...

İranın cənubunda zəlzələ baş verib

Dünya xəbərləri Materials 6 Yanvar 2025 21:35 (UTC +04:00)
İranın cənubunda zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 1,25 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 139 kilometr cənubda yerləşib, ocağı isə 19 kilometr dərinlikdə olub.

Hazırda tələfat və dağıntılar barədə hər hansı məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti