Bakı. Trend
Dünyanın ən qoca sakininin kimliyi bəlli olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs Braziliyadan olan 117 yaşlı rahibə İnah Kanabarrodur.
Katolik olan rahibə uzunömürlülüyünün sirrini də elə etiqadında sabitqədəm olması ilə əlaqələndirib.
Hərəkət məhdudiyyəti olan rahibə futbola baxmağı çox sevir. Onun yerli “İnter” futbol klubunun sadiq azarkeşi olduğu qeyd edilir.
Qeyd edək ki, Kanabbaro dünyanın ən qoca sakini statusunu dekabrın 26-də yaponiyalı Tomiko İtookanın vəfat etməsindən sonra əldə edib.