...

SOCAR-ın 17 il ərzində Türkiyəyə sərmayəsinin həcmi AÇIQLANIB

İqtisadiyyat Materials 6 Yanvar 2025 11:24 (UTC +04:00)
SOCAR-ın 17 il ərzində Türkiyəyə sərmayəsinin həcmi AÇIQLANIB
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

İstanbul. Trend:

Türkiyənin ən böyük xarici investoru olan SOCAR, Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ dolları sərmayə qoyub.

Trend xəbər verir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.

E.İbadov bildirib ki, SOCAR Türkiyənin enerji sahəsindəki cari kəsirinin azalmasına öz töhfəsini verib.

"SOCAR Türkiyədə eyni zamanda 10 mindən çox şəxs çalışır ki, bu da Türkiyədə məşğulluğa böyük dəstəkdir", - o bildirib.

İnvestisiyaların təfərrüatları aşağıdakı kimidir:

- STAR Neft Emalı Zavodu: 6,7 milyard ABŞ dolları;

- TANAP: 6,31 milyard ABŞ dolları;

- Petkim-in satın alınması: 2,04 milyard ABŞ dolları;

- Liman əməliyyatları: 420 milyon ABŞ dolları;

- Daşınmaz əmlak investisiyaları: 232 milyon ABŞ dolları;

- Təbii qaz şirkətlərinin alınması: 180 milyon ABŞ dolları;

- Saxlanc fəaliyyəti: 110 milyon ABŞ dolları;

- Fiber: 55 milyon ABŞ dolları;

- SOCAR Türkiyənin Qrup Şirkətlərinə edilən investisiyalar: 2,445 milyon ABŞ dolları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti