...

AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın ilkin hesabatı bu ayın sonunda təqdim olunacaq

Gündəm Materials 5 Yanvar 2025 17:52 (UTC +04:00)
AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın ilkin hesabatı bu ayın sonunda təqdim olunacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolların”a məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatı qəzanın baş verdiyi tarixdən 30 gün sonra dərc olunacaq.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb

"Qazaxıstan Respublikası qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 saylı Əlavəsinin tələblərinə uyğun olaraq ilkin hesabat qəzanın baş verdiyi tarixdən 30 gün sonra dərc ediləcək. Eyni zamanda, 13 saylı əlavəyə uyğun olaraq, Komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır", - deyə nazirlik bildirib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti