...

Çində insan metapnevmovirusunun yayılması qeydə alınıb

Dünya xəbərləri Materials 5 Yanvar 2025 17:21 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 23-dən dekabrın 29-dək Çində xəstəxanalardan götürülmüş tənəffüs orqanlarından götürülən nümunələrdə qrip virusu, insan metapnevmovirusu və rinovirus aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi məlumat yayıb

Tədqiqatlar göstərib ki, hazırda ölkə daxilində kəskin respirator yoluxucu xəstəliklər aktiv şəkildə yayılır. Xüsusilə, 14 yaş və daha kiçik uşaqlar arasında metapnevmovirusa yoluxma halları daha çox şimal vilayətlərində müşahidə olunur.

"The Independent" qəzeti daha əvvəl yazıb ki, Çində tənəffüs yoluxucu virusa yoluxma halları artmaqdadır və bu, xəstəxanalarda həddindən artıq sıxlığa səbəb olur. Bu qış Çinin şimal vilayətlərində insan metapnevmovirusu (HMPV) kimi müəyyən edilən virusa yoluxma halları kəskin şəkildə artıb, xüsusən də uşaqlar arasında yayılıb.

Xəbər lenti

Xəbər lenti