Bakı. Trend:
"Arsenal" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.
Trend "The Times" nəşrinə istinadən xəbər verir ki, Bukayo Sakanın ciddi zədələnməsi, London klubunu hücum xəttini gücləndirmək barədə düşünməyə vadar edib.
"Topçular" "Bavariya"dan Kinqsli Komanı transfer etməyi planlaşdırır. Eyni zamanda, digər klubların da Komanla maraqlandığı, xüsusən də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun onunla maraqlandığı qeyd edilir.
28 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyununa qədər davam edir və "Arsenal" Koman üçün danışıqlara başlayıb.