...

Azərbaycanda 4 şirkətin səhmləri satışa çıxarılır – QİYMƏTLƏR

İqtisadiyyat Materials 6 Yanvar 2025 10:10 (UTC +04:00)
Azərbaycanda 4 şirkətin səhmləri satışa çıxarılır – QİYMƏTLƏR
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycanda dörd səhmdar cəmiyyətinin səhmləri ixtisaslaşdırılmış pul hərracında satışa çıxarılır.

Trend-in Dövlət Xidmətinə istinadən məlumatına görə, hərrac 3-7 fevral tarixlərində keçiriləcək.

Məlumata görə, söhbət Bərdə Kəndkimya, Cəlilabad Şərab, Daşkəsən Aqrotexservis və Zabrat Tikinti Quraşdırma səhmdar cəmiyyətlərinin səhmlərindən gedir.

İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlərin sayı 13 107 ədəddən 50 685 ədədədək, bir səhmin nominal dəyəri isə 2-4 manat arası dəyişir.

Qeyd olunub ki, sifarişlərin qəbulu 2025-ci il 3-7 fevral tarixlərində saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılır.

Səhmləri ixtisaslaşdırılmış pul hərracında satılacaq səhmdar cəmiyyətlər haqqında məlumatı təqdim edirik:

Sıra №-si Səhmdar cəmiyyətin adı,
təsis tarixi və
sərəncamın №-si
Ünvanı Nizamnamə
kapitalının
həcmi
(manat)
Buraxılan
səhmlərin
ümumi sayı
(ədəd)
Bir səhmin
nominal
dəyəri
(manat)
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər
Sayı
(ədəd)
Nizamnamə
kapitalında
%-lə
1 Bərdə Kəndkimya №533 06.04.1998 Bərdə şəhəri, Sənaye küçəsi, 5 191592,2 95796 2,0 28764 30,0
2 Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri 368620,00 92155 4,0 50685 55,0
3 Daşkəsən Aqrotexservis №383 02.03.1998 Daşkəsən rayonu, Quşçu körpüsü kəndi 195246,2 97623 2,0 29293 30,0
4 Zabrat Tikinti Quraşdırma №663 20.04.1998 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi 87385,60 43692 2,0 13107 30,0
Məqalədə:
Xəbər lenti

Xəbər lenti