Bakı. Trend:
Burkina-Fasoda ordu müasirliyə doğru böyük bir addım atılır.
Trend-in məlumatına görə, keçid dövrünün prezidenti İbrahim Traore, 2025-ci ildə 5 yeni çevik müdaxilə batalyonunun yaradılacağını və bu batalyonların ümumi sayının 28-ə çatdırılacağını açıqlayıb.
Hökumət mənbələri, bu tədbirin ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təhdidin qarşısını almaq məqsədilə həyata keçirildiyini bildirirlər. Müstəqillik əldə etdikdən sonra fransız modelinə əsaslanaraq qurulmuş ordu, indi daha müasir bir sistemlə yenidən təşkil edilir.