Bakı. Trend:
Avstriya hökumətinin hazırkı rəhbəri Karl Nehammerin istefasından sonra yeni kansler rəhbərlik edəcək.
Trend-in məlumatına görə, bu barədə Avstriya prezident Aleksander Van der Bellen deyib.
O bildirib ki, yeni kansler gələn həftə öz səlahiyyətlərinin icrasına başlayacaq və yeni kabinet formalaşana qədər icra edəcək.
"Karl Nehammer vəzifəsini tərk etdikdən sonra keçid dövründə Avstriyanın yeni kansleri olacaq, o, gələn həftədən vəzifəsinin icrasına başlayacaq", - deyə dövlət başçısı bildirib.