Bakı. Trend:
Türkiyə Super Liqasında XVIII turda 4 oyun keçirilib
Trend xəbər verir ki, bu gün daha 4 matç baş tutub.
Lider "Qalatasaray" növbəti oyununda "Göztepe"ni qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıb, Viktor Osimhen penaltini dəqiq yerinə yetirib. Lakin qonaqlar tez bir zamanda hesabı bərabərləşdiriblər. Romulo Kardozo komandasını sevindirən topu vurub. Matçın ikinci yarısında "sarı-qırmızılar" yenidən önə keçib. Yunus Akgün "Cimbom"a qələbə qazandıran topun müəllifi olub - 2:1.
Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor" isə "Antalyaspor"la qarşılaşıb. "Sarı-bənövşəyilər" səfərdən darmadağınla dönüblər - 4:1.
Türkiyə Super Liqası XVIII tur nəticələri:
"Qalatasaray" - "Göztepe" 2:1
"Adana Demirspor" - "Başakşehir" 0:1
"Antalyaspor" - "Eyüpspor" 1:4
"Samsunspor" - "Trabzonspor" 2:1