Bakı. Trend:
İranın cənubunda 4.5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 161 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.