...

Təl-Əvivdə keçirilən etiraz aksiyasından sonra 5 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 5 Yanvar 2025 05:59 (UTC +04:00)
Təl-Əvivdə keçirilən etiraz aksiyasından sonra 5 nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 4-də axşam saatlarında İsrailin bir çox şəhərində yeni kütləvi etiraz dalğası baş verib, ən böyük aksiya isə Təl-Əvivdə təşkil olunub.

Trend xəbər verir ki, razılaşdırılmış mitinqin sonunda bir qrup nümayişçi dağılışmaqdan imtina edib. Nümayişçilər yolu bağlayaraq böyük atəş yandırıb və aksiyanı davam etdiriblər. Polis asayişi bərpa etmək üçün müdaxilə edib, müqavimət göstərən 5 nümayişçi saxlanılıb və yanğın söndürülüb.

İsrail polisinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşların qanuni etiraz hüququna hörmət edilsə də, iğtişaşlara, zorakılığa və vandalizmə qarşı tədbirlər görüləcək. “Polis əhalinin təhlükəsizliyinə xələl gətirə biləcək hərəkətlərə dözməyəcək,” - deyə bəyanatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti